...

Prezident İlham Əliyev bir qrup şəxsi idmanın inkişafında xidmətlərinə görə təltif edib

Siyasət Materials 12 Noyabr 2022 12:58 (UTC +04:00)
Prezident İlham Əliyev bir qrup şəxsi idmanın inkişafında xidmətlərinə görə təltif edib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:

Əliyev Vaqif Hüseynağa oğlu

Hüseynov Nazim Qalib oğlu.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

İsayev Xəzər Ağali oğlu

Meftahəddinova Zemfira Əli qızı

Rəhimov Nazir Həzrətqulu oğlu

Şabanova Rəfiqə Mahmud qızı.

Eyni zamanda dövlət başçısı Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Fərzəliyev Murad Qoçu oğlu

Kərimov Mehman Bayram oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti