Bakı. Trend:
Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmizə qarşı acıq və gizli mübarizə güclənib. Ərazimizin 20 faizi mənfur düşmənimiz erməni faşistləri tərəfindən işğal edildi,1 milyon nəfər vətəndaşımız məcburi qacqın oldu.Torpaqlarımızın işğalı erməniləri dəstəkləyən rusların və fars molla rejiminin sayəsində baş verdi.
Trend-in məlumatına görə, bunu politoloq Elşad Həsənov öz sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, İran rejimi müstəqil Azərbaycanın iqtisadi,siyasi və hərbi inkişafına qısqanclıqla yanaşmış, imkanı daxilində Azərbaycana qarşı kəşfiyyat-təxribat aksiyaları həyata kecirməyə calışıb. Hər dəfə də onların bu cirkin əməlləri təhlükəsizlik orqanlarımızın gördüyü əməliyyat tədbirləri nəticəsində ifşa olunub.
" Dövlət Təhlükəsizlik Xidmətinin İranın xüsusi xidmət orqanları tərəfindən bir qrup Azərbaycan vətəndaşının İranın xeyrinə casusluğa cəlb edilməsi və onların gizli tapşırıqlarını yerinə yetirməsi haqda məlumatı yayıldı. Özünü müsəlman adlandıran, İslam respublikası olan İran molla rejimi 44-günlük Vətən müharibəsində gavurların yanında oldu,erməni faşistlərinə həm hərbi həm də maddi-mənəvi dəstək oldu,məscidlərimizi dağıdıb orada donuz saxlayan erməniləri qucaqlayıb öpürlər! Budur bu rejimin əsl siması!
Mən təhlükəsizlik orqanlarının veteranı kimi İranın bu cür pozuculuq əməllərini pisləyirəm,belə əməllərə son qoymalarını tələb edirəm!
Biz İranla normal qonşuluq münasibətlərinin saxlanmasını,orada
yaşayan soydaşlarımızın hüquqlarının qorunmasına,ana dilində təhsil
almalarına şərait yaradılmasını istəyirik!
Bizimlə təhdidlə,güc nümayiş etdirməklə danışmağı isə məsləhət
görmürəm!", - deyə E. Həsənov bildirib.