...

Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası ilə bağlı yeni qaydalar müəyyən edilir

Siyasət Materials 21 Noyabr 2022 12:11 (UTC +04:00)
Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası ilə bağlı yeni qaydalar müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Siyasi partiyanın fəaliyyətinin dayandırılması və bərpası ilə bağlı yeni qaydalar müəyyən edilir.

Trend-in məlumatına görə, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantında qeyd ediilir ki, siyasi partiya fəaliyyətini müvəqqəti dayandıra bilər. Bu barədə qərar (fəaliyyətin dayandırıldığı müddət dəqiq göstərilməklə) siyasi partiyanın qurultayı tərəfindən qəbul olunur.

Qurultayın keçirildiyi tarixdən 3 gün müddətində siyasi partiya qəbul olunmuş qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir və siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

Siyasi partiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 7.3.3-cü (normativ hüquqi aktların pozulmasının aradan qaldırılmalı olan digər halı müəyyən edildikdə siyasi partiyaya yazılı xəbərdarlıq edir.) və 7.4-cü (Bu Qanunun 7.2-ci maddəsi çərçivəsində görülmüş tədbirlər nəticəsində normativ hüquqi aktların və siyasi partiyanın nizamnaməsinin pozulması halı (bu Qanunun 4.3-cü maddəsinin, həmçinin fəaliyyəti dayandırılmış siyasi partiya tərəfindən bu Qanunun 4.13-cü maddəsinin birinci cümləsinin pozulması halı, habelə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halı istisna olmaqla) müəyyən edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyaya yazılı xəbərdarlıq edir. ) maddələrinə uyğun olaraq müəyyən etdiyi pozuntuları xəbərdarlıqda göstərilmiş müddətdə aradan qaldırıb bu barədə məlumat vermədikdə, onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə 2 aydan 6 ayadək müddətinə dayandırıla bilər.

Siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq qəbul edilir. Həmin məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
Siyasi partiyanın fəaliyyəti bu barədə qurultayın qərarı qəbul edildiyi tarixdən, yaxud müvafiq məhkəmə qərarı qüvvəyə mindiyi tarixdən dayandırılmış hesab olunur.

Siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə onun orqanlarının və struktur qurumlarının nizamnaməsində nəzərdə tutulmuş səlahiyyət müddətlərinin axımı dayandırılır.

Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş halda siyasi partiyanın fəaliyyətinin dayandırıldığı müddət bitikdən sonra siyasi partiyanın fəaliyyəti bərpa olunmuş hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti