...

Azərbaycan ərazisində istənilən qanunsuz fəaliyyətin qarşısı alınır və alınacaq (TƏHLİL)

Siyasət Materials 6 Dekabr 2022 22:15 (UTC +04:00)
Azərbaycan ərazisində istənilən qanunsuz fəaliyyətin qarşısı alınır və alınacaq (TƏHLİL)

Trend-i buradan izləyin

Bakı. Trend:

Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr apardılar.

Müzakirələr zamanı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bildirildi.

Xocalıda sülhməramlı qüvvələrin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Azərbaycan dövləti növbəti dəfə siyasi iradə nümayiş etdirdi. Ermənilər isə yenə də öz yalanlarını tirajlamağa çalışdılar. Hətta bir sıra erməni KİV-ləri, sosial şəbəkə hesabları azərbaycanlı mütəxəsisləri kəşfiyyatçılar kimi, Azərbaycanın apardığı monitorinqi isə hərbi təxribat kimi təsvir etməyə də cəhd etdilər. Ekologiya və təbii sərvətlər nazirinin müavinini ancaq erməni "məntiqi" ilə kəşfiyyatçı adlandırmaq olardı?!

Əlbətdə həm Azərbaycan ictimaiyyəti, həm də beynəlxalq aləm 30 illik işğal zamanı, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə erməni yalanlarının, erməni həyasızlığının dəfələrlə şahidi olub. Bu dəfə də bu baxımdan fərqli olmadı.

Əvvəlki dövrlərdə fərqli olaraq artıq bu yalanlara inan isə qalmayıb. Rusiya sülhməramlılarının müvvqəti yerləşdiyi ərazilər Azərbaycan ərazisidir və Azərbaycanın dövlət qurumları aidiyyatı üzrə bu ərazilərdə monitorinqlər aparması normal prosesdir.

Azərbaycan dövləti də anoloji addımı atdı. 30 il işğal dövründə Azərbaycan torpaqlarının ermənilər tərəfindən talandığı bütün subutları ilə təsdiqlənib. Eləcə də, təbii ehtiyyatlarımız bu talana məruz qalıb, faydalı qazıntıların qanunsuz istismarı da bu qəbildəndir.

Xəbər lenti

Xəbər lenti