...

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

Siyasət Materials 5 Dekabr 2022 15:40 (UTC +04:00)
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Trend xəbər verir ki, Qanuna əsasən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 20-4-cü maddəsinin mətni 20-4.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 20-4.2-ci maddə əlavə edilir:

“20-4.2. Tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti