...

Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır - XİN

Siyasət Materials 14 Dekabr 2022 22:08 (UTC +04:00)
Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır - XİN

Bakı. Trend:

Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Kəlbəcərdəki mina partlayışı ilə bağlı yerləşdirilən tvitdə deyilir.

"Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb. Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!", - deyə tvitdə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti