...

Laçın yolunda dinc aksiya keçirən azərbaycanlı etirazçılar yeni tələblər irəli sürüb (VİDEO)

Siyasət Materials 15 Dekabr 2022 15:14 (UTC +04:00)
Laçın yolunda dinc aksiya keçirən azərbaycanlı etirazçılar yeni tələblər irəli sürüb (VİDEO)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa. Trend:

Artıq dördüncü gündür ki, Laçın yolunda dinc etiraz aksiyası keçirən azərbaycanlılar tələblərini dəyişib.

Bu barədə Trend-in Şuşadakı müxbiri məlumat verir.

Fəallar, xüsusilə, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılmasını tələb edirlər. Onlar vurğulayırlar ki, bütün dövlət strukturlarının, o cümlədən, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin buraxılış məntəqələri Azərbaycanın suveren torpaqlarında yerləşdirilməlidir.

"Azərbaycan ərazisinə silah daşınmasına icazə verilməyəcək", - deyə onlar qeyd edirlər.

Etirazçıların bu tələblərinin haqlı səbəbləri var.

Belə ki, Ermənistan Laçın yolunun işğalı zamanı Azərbaycan ərazisinə 1 milyondan çox mina gətirib. Ötən gün Kəlbəcərdə partlayan və azərbaycanlı hərbçinin həyatına son qoyan mina da bu yol ilə daşınıb. Ermənistan hazırda etiraz aksiyasının keçirildiyi Laçın yolundan Azərbaycan ərazilərini minalamaq üçün fəal şəkildə istifadə edib.

Təkcə noyabrın sonunda İrandan olan terrorçu qruplaşmaların Rusiya sülhməramlılarının gözü qarşısında iki dəfə Azərbaycanın suveren ərazilərinə daxil olmasına icazə verilməsi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bütün ərazilərdə Azərbaycan dövlət orqanlarının postlarının yaradılması zərurətini yaradır.

Etirazçılar dinc erməni əhalisinin keçidi üçün şərait yaratmağa hazırdırlar. Qarabağda yaşayan mülki şəxslər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan onların tibbi və digər sosial ehtiyaclarını təmin etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti