...

Erməniləri Azərbaycan torpaqlarında ekoloji terrora son qoymağa çağırırıq - Aksiya iştirakçısı

Siyasət Materials 15 Dekabr 2022 17:54 (UTC +04:00)
Erməniləri Azərbaycan torpaqlarında ekoloji terrora son qoymağa çağırırıq - Aksiya iştirakçısı
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa. Trend:

Biz erməniləri Azərbaycan torpaqlarında ekoloji terrora son qoymağa çağırırıq.

Bu barədə Trend-in Şuşada ezamiyyətdə olan müxbirinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında azərbaycanlı etirazçılara dəstək verməyə gələn tələbə Gülüstan Muxtarova bildirib.

"Mən Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin magistriyəm. Ətraf mühitin monitorinqi ixtisası üzrə təhsil alıram. Ekoloq-bioloq kimi gəlib həmfikirlərimə dəstək olmağa borclu idim", - deyə o bildirib.

Muxtarova qeyd edib ki, ermənilər Azərbaycanın torpaqlarını qanunsuz istismar edir, təbii sərvətlərimizi xaricə daşıyırlar: "Bu qanunsuz hərəkətlər Azərbaycanın ətraf mühitinə və bütövlükdə, regionun ekosisteminə mənfi təsir göstərir. Biz onları ekoloji terrora son qoymağa çağırırıq".

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası davam edir.

Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti