...

Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara da dövlət maliyyə yardımı ayıracaq

Siyasət Materials 16 Dekabr 2022 12:28 (UTC +04:00)
Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara da dövlət maliyyə yardımı ayıracaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara da dövlət maliyyə yardımı ayıracaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən “Siyasi partiyalar haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin siyasi partiyaya dövlət maliyyə yardımı ilə bağlı maddədə qeyd edilir ki, vəsaitin 2,5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür. Bu Qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrinə uyğun olaraq siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın bu Qanunun 27-ci maddəsinə əsasən təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz.

Qeyd edək ki, qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti