...

Laçın yolundakı aksiya Azərbaycanda vətəndaş cəmiyyətinin milli maraqlar uğrunda birliyini göstərir - Vüqar İskəndərov

Siyasət Materials 20 Dekabr 2022 20:57 (UTC +04:00)

Bakı. Trend:

Müvəqqəti olaraq Rusiya sülhmıramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında erməni cinayətkalrar tətəfindən ekoloji terrorun törədilməsinə, həmçinin təbii sərvətlərimizin qanunsuz istismarına etiraz edən vətəndaş cəmiyyəti və media təmsilçiləri artıq 9-cu gündür ki, Laçın-Şuşa yolunda dinc aksiya keçirir. Bu aksiya bir sıra məqamlarına görə diqqət mərkəzindədir.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, əvvəla bu aksiya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdiyini və yüksək fəallığını nümayiş etdirdi: “Bəlli oldu ki, bu gün vətəndaş cəmiyyəti özünün fəal və mütərəqqi dövrünə qədəm qoyub. Elə bir dövr ki, dövlət və xalq üçün lazım olan anda vətəndaş cəmiyyəti bir yumruq kimi birləşə, milli maraqlarımızın müdafiəsinə qalxmağı bacara bildiyini ortaya qoydu. Bu dinc aksiya başqa bir tərəfdən Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının sülsevər, insanlığıa xidmət edən təşkilatlar olduğu gercəkliyini üzə çıxardı. Hər halda 9 gün ərzində aksiyanın keçirildiyi məkanda sərgilənən mövqe belə deməyə əsaəs verir”.

Deputat qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatlarının, QHT-lərin bu uğura əl atması isə təsadüfi deyil: “Bu, ilk növbədə QHT sektorunda aparılan islahatların nəticəsidir. Məhz aparılan bu islahatlar, vətəndaş cəmiyyətinin inkişafı üçün ardıcıl dövlət dəstəyinin olması, o cümlədən son illər QHT sektorunda qrant siyasətində şəffaflığın təmin olunmasının nəticəsidir ki, bu gün ölkəmizdə QHT-lər milli əhəmiyyətli məsələlərdə vacib rol oynamaqdadırlar. Yəni, artıq bütün dünyaya səsə salan, o cümlədən Azərbaycan xalqının milli məsələlərdə dönməzliyini bir daha sübuta yetirən bu aksiya Azərbaycanda vətəndaş cəmiyyəti ilə dövlət arasında həyata keçirilən əməkdaşlıq və dialoqun hədər getmədiyinin bariz sübutudur. Onu da deyim ki, QHT-lər artıq daxildə deyil, beynəlxalq aləmdə də ölkəmizin maraqlarını aktiv şəkildə müdafiə edə bilirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti