Şuşa. Trend:
Azərbaycan özünün bütün təbii sərvətlərinin keşiyində dayanır.
Bunu Trend-ə Şuşada keçirilən Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev deyib.
"Vətəni qorumaq, təbii sərvətləri qorumaq, bu torpaqlarda yaşayan əhalini qorumaq kimi anlayışlar var. Hər bir dövlət bütün bu dəyərlərini qorumalıdır. Bu mülahizələrdən çıxış edərək, təbii ki, Azərbaycan tərəfi indi bütün təbii sərvətlərini, əhalinin təhlükəsizliyini və respublikaya aid olan strateji ərazilərini qoruyur. Bütün bunlar ölkənin bütövlüyü nöqteyi-nəzərindən həyata keçirilir”, - deyə Osmonaliyev bildirib.
Ermənilərin faydalı qazıntıların qanunsuz istismarı ilə məşğul olduqları ölkə ərazisinə azərbaycanlı mütəxəssislərin buraxılması məsələsinə gəlincə, Osmonəliyev vurğulayıb ki, bu, həm də istənilən ölkənin, o cümlədən, Azərbaycanın ümumi təhlükəsizliyi kontekstində nəzərdən keçirilir.