Şuşa. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunun bəyanatı qəbul olunub.
Trend-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bəyanat Forumun 2-ci günündə Şuşada qəbul edilib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumlarının rəhbərlərinin iştirakı ilə dekabrın 20-21-də Bakı və Şuşada beynəlxalq forum keçirilib.