...

Türkiyə Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini dəstəkləyir - Hulusi Akar

Siyasət Materials 23 Dekabr 2022 01:58 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini dəstəkləyir.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu cümə axşamı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında çıxışı zamanı deyib.

"Biz Ermənistana Azərbaycanın uzatdığı barış əlini sülh əlini tutmağı tövsiyə edirik. Biz savaşmaq üçün deyil, sabitlik və sülh üçün varıq. Bunun üçün çalışırıq", - deyə H.Akar bildirib.

Nazir qeyd edib ki, 44 günlük müharibədən sonra Türkiyə regionda sülh və sabitliyin təmin edilməsi, bütün Qafqazda sülh və əmin-amanlıq mühitinin yaradılması üçün əllərindən gələni edir.

"Azərbaycan bununla bağlı görülməli olan hər şeyi edib və etməkdə də davam edir. Bu mənada biz Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında normallaşma məqsədi daşıyan hər şeyi dəstəkləyirik. Bundan əlavə, hamı bilsin ki, biz prosesin dalana dirənməsinə aparan istənilən vəziyyətə qarşıyıq", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti