Bakı. Trend:
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 39 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və
vəzifədən azad edilməsi haqqında.
2. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin
edilməsi haqqında.
3. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad
edilməsi haqqında.
4. Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi
haqqında.
5. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən
azad edilməsi haqqında.
6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad
edilməsi haqqında.
7. Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən
azad edilməsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində
əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
9. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
10. Azərbaycan Respublikasının “Banklar haqqında”, “Poçt haqqında”,
“Fərdi məlumatlar haqqında” qanunlarında və İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (üçüncü oxunuş).
11. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Ələt azad
iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
18. “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
19. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
20. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
21. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta
tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin
təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”,
“İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı
haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
25. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
26. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
27. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
28. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində,
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu
haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki
dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki
dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə
olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi
məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq
haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
29. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
30. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
31. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
33. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Konstitusiya qanununun layihəsi (birinci oxunuş).
34. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında”
Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
35. “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə”
Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
36. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
37. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
38. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
39. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).