...

Rusiya sülhməramlıları Laçın yolunda vəziyyətin nizamlanmasına çalışır - Lavrov

Siyasət Materials 23 Dekabr 2022 16:01 (UTC +04:00)

Bakı. Trend:

Rusiya sülhməramlıları Laçın yolunda vəziyyətin nizamlanmasına çalışır.

Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə deyib.

O qeyd edib ki, tərəflər Laçın yolunda vəziyyətin gərginləşməsini müzakirə ediblər.

“Biz təsdiq etdik ki, Rusiya sülhməramlıları vəziyyəti həll etmək üçün hər saat işləyirlər. Biz regionda filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqlarının tezliklə həllinin tərəfdarıyıq. Bu mövzunun gərginliyini mümkün qədər azaltmaq lazımdır. Biz hər kəsin üçtərəfli bəyanatda yer alan öhdəliklərə ciddi şəkildə əməl etməli olduğu mövqedən çıxış edirik”, - deyə Lavrov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti