...

Ermənistan tərəfi Azərbaycana yeni təkliflər paketi təqdim edib - Ceyhun Bayramov

Siyasət Materials 23 Dekabr 2022 16:14 (UTC +04:00)
Ermənistan tərəfi Azərbaycana yeni təkliflər paketi təqdim edib - Ceyhun Bayramov

Bakı. Trend:

Ermənistan tərəfi Azərbaycana yeni təkliflər paketi təqdim edib.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Bir gün əvvəl biz sülh müqaviləsi üzrə danışıqların üçüncü raundunun uğursuzluqla nəticələndiyini öyrəndik. Danışıqlar prosesinin pozulması ilə müşayiət olunan manipulyasiya kampaniyasına da diqqəti cəlb etmək istərdim. Srağagün, yəni dekabrın 21-i axşam saatlarında, razılaşdırılmış danışıqlar tarixi ərəfəsində Ermənistan tərəfi Azərbaycana yeni təkliflər paketini təqdim etdi. Həmin sənədlər bir ay əvvəl Ermənistan tərəfinə təqdim olunan paket əsasında hazırlanıb. Bununla paralel olaraq, demək olar ki, eyni vaxtda Ermənistan teleqram kanallarında Azərbaycanın danışıqlarda iştirakdan imtina etdiyi barədə məlumatlar yayılıb. Bu, ictimai rəydə manipulyasiya yaradır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti