Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.
Trend xəbər verir ki, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa bildirib ki, bu gün Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti sayəsində Azərbaycan erməni işğalından azad edilmiş torpaqlarını artıq bərpa edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Dünya Bankının
keçmiş vitse-prezidenti İsmayıl Serageldin də öz növbəsində əlavə
edib ki, Prezident İlham Əliyevin formalaşdırdığı baxış sayəsində
Azərbaycan Şərqlə Qərbin “qovuşduğu məkan”a çevrilib.
“Beləliklə, Sizin dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
qlobal arenada öz mövqeyini möhkəmləndirmiş və bir çox tanınmış
şəxslərin qoşulmaq istədiyi platformaya çevrilmişdir”, - deyə o
vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizədə və peyvəndin həm Azərbaycanda, həm də xaricdə əlçatan olmasının təşviqində, habelə davamlı inkişaf məqsədlərinə sadiqliyində və öz siyasətində bu sahədəki çoxşaxəli yanaşmanın dəstəklənməsində müstəsna rolunu qeyd edib.