...

Hulusi Akar Rusiyada həmkarları ilə keçirdiyi görüşü qiymətləndirib

Siyasət Materials 30 Dekabr 2022 04:15 (UTC +04:00)

Bakı. Trend:

Moskvada keçirilən danışıqlarda Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Trend bu barədə Türkiyə mənbələrinə istinadən xəbər verir.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar vətənə qayıtmazdan əvvəl keçirilən görüşü qiymətləndirib.

Hulusi Akar deyib: ''Görüşdə Suriya və regiondakı durumun ən qısa müddətdə müsbət istiqamətdə inkişaf etməsi, sülhün, sabitliyin təmin olunması üçün hansı addımların atılmasının lazım olduğunu müzakirə etdik”.

Hulusi Akar Moskvada keçirilən görüşdə məsələ ilə bağlı Türkiyənin mövqeyini ortaya qoyduqlarını bildirib.

Tərəflər Suriya böhranı və qaçqınlar probleminin həlli yollarını, həmçinin Suriyada ekstremist qruplarla mübarizədə birgə səyləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti