...

Çavuşoğlu və Lavrov arasında telefon danışığı olub

Siyasət Materials 31 Dekabr 2022 18:14 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Trend xəbər verir ki, Mövlud Çavuşoğlu telefon danışığı zamanı Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçirilməsi barədə müzakirə aparıldığını söyləyib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşün yanvarın ikinci yarısında keçirilməsi üçün hazırlıqlara başlamağı təklif etdiyini nəzərə çatdırıb.

Türkiyə xarici işlər naziri görüşün Moskvada, yaxud üçüncü bir ölkədə keçirilə biləcəyini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti