Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı bəyanatı bəzi Telegram kanallarının müəlliflərinin iddia etməyə çalışdığı kimi Rusiyanın mövqeyinə görə deyil, onu hazırlayan Fransanın çirkli hərəkətləri ucbatından qəbul edilməyib.
Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə şənbə günü özünün "Telegram" kanalında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
O qeyd edib ki, Rusiya lap əvvəldən Təhlükəsizlik Şurasının reaksiyasını hazırlamaq kontekstində konstruktiv işləmək niyyətində olub.