...

Ermənilərin Suqovuşan su anbarına verilən suyun həcmini azaltması barədə yayılan məlumat həqiqəti əks etdirmir - AÇIQLAMA (ÖZƏL)

Siyasət Materials 4 Yanvar 2023 18:01 (UTC +04:00)
Ermənilərin Suqovuşan su anbarına verilən suyun həcmini azaltması barədə yayılan məlumat həqiqəti əks etdirmir - AÇIQLAMA (ÖZƏL)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilərin Sərsəng su anbarından Suqovuşan su anbarına verilən suyun həcmini azaltması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Bunu Trend-ə açıqlamasında Tərtərçay Hidroqovşağının İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov deyib.

O bildirib ki, su anbarındakı təmir işləri ilə əlaqədar suyun həcmi bilərəkdən azaldılıb.

"Göldə suyun səviyyəsinin aşağı düşməsinə səbəb orada aparılan təmir işləri ilə əlaqədardır. Gölün bir qapısı təmir edildiyindən suyun səviyyəsi bizim tərəfimizdən məqsədyönlü şəkildə azaldılıb. Sərsəng su anbarından buraxılan 8-10 kubmetr su əvvəlki qaydada Tərtər çayına axıdılır və oradan da təsərrüfatlara paylanılır. Əvvəl hansı rejimdə işləyirdiksə, indi də həmin qaydada davam edirik", - M.Kərimov deyib.

Xatırladaq ki, bu gün bəzi sosial şəbəkələrdə Sərsəng su anbarından Suqovuşan su anbarına gələn suyun ermənilər tərəfindən azaldılması barədə məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti