...

Prezident İlham Əliyev: Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür

Siyasət Materials 10 Yanvar 2023 19:27 (UTC +04:00)
Prezident İlham Əliyev: Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür

Bakı. Trend:

İndi isə xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Praqa görüşü barədə sualı cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"İndi isə xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yeni düzənin yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur. Çünki ənənəvi təsisatlar səmərəli qaydada fəaliyyət göstərmirlər və bundan sonra da göstərməyəcəklər. Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bax, bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük, əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik. Çünki biz həmişə reallığa söykənməliyik və qarşımıza qeyri-real hədəfləri qoymamalıyıq, bölgədə və dünyada öz yerimizi bilməliyik və möhkəmləndirməliyik. Yenə də əsas məsələ xaricdən gözlənilən mümkün riskləri sıfra endirməkdir ki, bu qədər buna müvəffəq olmuşuq və bu gün müzakirə mövzusu olan atılan addımlar da məhz buna hesablanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti