...

Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Bakıda səfərdədir

Siyasət Materials 14 Yanvar 2023 16:54 (UTC +04:00)
Dövlət Departamentinin Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Bakıda səfərdədir

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Bakıda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliiyindən Trend-ə verilən məlumata görə, M.Kemeron Bakıda Səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi və siyasi və digər tərəfdaşları ilə görüşəcək.

"Mark Kemeron həm Gürcüstanda, həm də Türkiyənin Adana və Ankara şəhərlərində xidmət edib və Azərbaycanda vaxt keçirməkdən məmnundur.

Mark Kemeron öz görüşlərində qeyd edəcək ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır. O, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq", - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti