Bakı. Trend:
BMT-nin Azərbaycandakı daimi koordinatoru Vladanka Andreyeva 20 Yanvar hadisələri ilə bağlı başsağlığı verib.
Trend-in V.Andereyevanın Twitter səhifəsindəki paylaşımına istinadən məlumatına görə,
“Bugün Bakı şəhərində 1990-cı il 20 yanvar tarixindəki faciəvi hadisələrin 33-cü ildönümüdür. Mən azadlıq uğrunda mübarizədə şəhid olmuş qəhrəmanların xatirəsini yad edərək Azərbaycan xalqına və hökumətinə qoşuluram”, - paylaşımda deyilir.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Sovet Ordusu bölmələrinin Azərbaycana
Qeyd edək ki, 1990-cu ilin 19 yanvarından 20-yanvara keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Sovet Ordusu bölmələrinin, xüsusi təyinatlı qüvvələrin, həmçinin Bakı, Sumqayıt, Lənkəran və Neftçaladakı şəhərlərindəki daxili qoşun kontingentinin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində dinc əhalinin, o cümlədən uşaq, qadın və yaşlıların kütləvi qırğını həyata keçirildi.
İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 149 dinc sakin öldürüldü və 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Azərbaycan xalqının və milli azadlıq hərəkatının SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasətinə, yüzlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki öz tarixi torpaqlarından deportasiyasına və Ermənistanın Qarabağa əsassız ərazi iddialarına cavab olaraq başlatdığı kütləvi çıxışları zorakılıqla susdurmaq məqsədilə ölkəyə göndərilən Sovet ordusu beynəlxalq hüququ və Konstitusiyanı kobud şəkildə pozaraq mülki əhaliyə amansız divan tutdu.