...

Azərbaycanın İrandakı səfirliyinə hücum bizi şoka salıb - Rusiya XİN

Siyasət Materials 27 Yanvar 2023 11:12 (UTC +04:00)
Azərbaycanın İrandakı səfirliyinə hücum bizi şoka salıb - Rusiya XİN

Bakı. Trend:

Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova teleqram kanalında yazıb.

“Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!

Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, o yazıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

"Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti