...

ABŞ səfirliyi Tehrandakı hücumla bağlı paylaşım edib

Siyasət Materials 27 Yanvar 2023 12:59 (UTC +04:00)
ABŞ səfirliyi Tehrandakı hücumla bağlı paylaşım edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfilrliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir.

Trend-in məlumatına görə, bu barədə ABŞ səfirliyi Facebook hesabında paylaşım edib.

"İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti