...

Kimsə bunun niyə İranda baş verdiyinə təəccübləndi? - İsrail diplomatı Azərbaycan səfirliyindəki terror aktından danışıb

Siyasət Materials 27 Yanvar 2023 15:18 (UTC +04:00)
Kimsə bunun niyə İranda baş verdiyinə təəccübləndi? - İsrail diplomatı Azərbaycan səfirliyindəki terror aktından danışıb

Bakı. Trend:

İsrail Azərbaycanın İrandakı diplomatik missiyasına hücumu kəskin şəkildə qınayır.

Trend-in məlumatına görə, bu barədə İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenk öz tvitter hesabında deyib.

"Necə dəhşətlidir. Azərbaycanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verirəm. Kimsə bunun niyə İranda baş verdiyinə təəccübləndi?", - o yazıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisə araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti