...

Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib - Səfir

Siyasət Materials 13 Fevral 2023 15:05 (UTC +04:00)
Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib - Səfir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla-İsrail münasibətləri yeni səviyyəyə keçib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, İsraildə Azərbaycan səfirliyinin açılmasına dair qərar bunun parlaq nümunəsidir.

"Bildiyiniz kimi, ölkələrimizi çoxillik tarix və ənənələr birləşdirir. Biz Azərbaycanın dünya üçün ikitərəfli münasibətlərin inkişafında nümunəyə çevrilməsi ilə qürur duyuruq və mənim səfir vəzifəsində rolum bu münasibətlərin daha da möhkəmləndirilməsinə yönəlib", - o deyib.

Məmmədov, həmçinin, bugünkü forumun Azərbaycan-İsrail əməkdaşlığının gücləndirilməsinə imkan yaradacağını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti