...

Azərbaycan XİN Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Siyasət Materials 26 Fevral 2023 10:29 (UTC +04:00)
Azərbaycan XİN Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edilib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Ermənistanın təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 31-ci ildönümündə həlak olanların xatirəsini dərin hüznlə yad edirik. Cinayətkarların cəzasızlığına son qoyulması və regionda davamlı sülhün bərqərar olması üçün ədalət zəfər çalmalıdır", - deyə paylaşımda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti