...

Norveçin keçmiş baş naziri BMT Təhlükəsizlik Şurasının yenidən formalaşmasına çağırıb

Siyasət Materials 9 Mart 2023 14:00 (UTC +04:00)
Norveçin keçmiş baş naziri BMT Təhlükəsizlik Şurasının yenidən formalaşmasına çağırıb
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasının mexanizmi artıq köhnəlib.

Trend-in məlumatına görə, bu barədə Norveçin keçmiş baş naziri Xyel Maqne Bundevik X Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı çıxışında deyib.

Keçmiş baş nazir həmçinin ikinci dünya müharibəsi bitdikdən sonra yaradılmış qlobal təhlükəsizlik arxitekturasının müasir tələblərə cavab vermədiyini qeyd edib.

Bundevik həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin imtiyazlı mövqeyinin strukturun yenidən formalaşması prosesini qəlizləşdirdiyini əlavə edib.

Norveçli siyasətçi yekunda münaqişələrin tənzimlənməsinin ən yaxşı metodunun sülh və diplomatiya olduğunu qeyd edib.

Qeyd edək ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti