Bakı. Trend:
Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırırıq.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.
"Fransada Prezident Makronun qərarı ilə əlaqədar əhalinin
etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları
tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini,
bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları
pisləyirik.
Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc
etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə
çağırırıq.
Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları
təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və
bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata
keçirilməsini tələb etməlidir," - deyə A.Hacızadə qeyd edib.