Bakı. Trend:
ABŞ Diplomatik Xidmət İnstitutunda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini sülh sazişi üzrə çox mühüm müzakirələrdə iştirak üçün qəbul etmək etməkdən çox məmnundur.
Trend cümə axşamı xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə jurnalistin iki ölkənin nazirləri arasındakı görüşün üçüncü günü ilə bağlı sualına cavab olaraq deyib.
"Biz iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq", - o deyib.
V.Patel qeyd edib ki, diplomatiya vasitəsilə birbaşa dialoq irəliləməyin ayrılmaz yoludur.
"Məhz bu səbəbdən Diplomatik Xidmət İnstitutunda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini sülh sazişi üzrə çox mühüm müzakirələrdə iştirak üçün qəbul etmək etməkdən çox məmnunuq. Daha öncə dediyim kimi, dövlət katibi və departamentin digər əməkdaşları bu məsələyə dərindən cəlb olunublar və prosesi diqqətlə müşahidə etmək imkanını səbirsizliklə gözləyəcəyik", - o deyib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda danışıqlar mayın 1-də ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş formatında başlayıb.
Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib. Mayın 2-də və 3-də danışıqlar ikitərəfli formatda davam etdirilib. Bu gün isə danışıqların final raundu keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)