...

Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsində Gürcüstan dünya səviyyəsində mühüm yer tutdu - Tedo Caparidze

Siyasət Materials 5 May 2023 11:29 (UTC +04:00)
Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsində Gürcüstan dünya səviyyəsində mühüm yer tutdu - Tedo Caparidze
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyevin enerji layihələrində Gürcüstana verdiyi önəm sayəsində Gürcüstan dünya səviyyəsində mühüm yer tutdu.

Trend xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən beynəlxalq konfransda Gürcüstanın sabiq xarici işlər naziri Tedo Caparidze deyib.

Heydər Əliyevlə görüşlərini xatırlayan T.Caparidze bildirib ki, o, siyasi bir irsdir.

""Ulu öndər Heydər Əliyevlə müzakirələrimizdən birində mənə dedi ki, "Sən məndən daha gəncsən. Biz daim iqtisadi əməkdaşlıqdan və inkişafdan danışırıq. Bu gələcək nəsillər üçün bir düsturdur. Amma bir şeyi unutma ki, Cənubi Qafqazda iqtisadi çiçəklənmə, müstəqillik bir-biri ilə bağlıdır. Bunların ayrı-ayrı inkişafı mümkün deyil". Bu mənim üçün ulu öndər tərəfindən verilən çox önəmli bir ismarıc idi”, - T.Caparidze qeyd edib.

Sabiq nazir bildirib ki, 1990-cı illərdə Gürcüstanın mövcudluğunun qorunmasında ABŞ və digər Qərb dövlətləri ilə bərabər, Heydər Əliyevin strateji baxışının müstəsna rolu var.

“Eduard Şevarnadze ilə çalışdığım dövrdə Şvarnadze hər zaman deyirdi ki, Bakıya get, Heydər Əliyevdən məsləhət al.

Heydər Əliyev Gürcüstan üçün də əvəzolunmaz şəxsiyyətdir. Heydər Əliyevin enerji siyasətində Gürcüstana verdiyi önəm sayəsində Gürcüstan dünya səviyyəsində mühüm yer tutdu”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti