Bakı. Trend:
Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərini həmişə yüksək qiymətləndirib, onun adını həmişə qəlbində saxlayır.
Bunu Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən zaman jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.
“Heydər Əliyevin qurduğu Azərbaycan güclənib, qüdrətli dövlətə çevrilib. Bunu ən parlaq nümunəsi 30 il işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsidir. Heydər Əliyevin qurduğu dövlətin bünövrəsi o qədər möhkəmdir ki, bunun üzərində gündən günə qüdrətlənən Azərbaycan bütün problemlərini həll etmək gücündədir.
Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən, dünya birliyi tərəfindən hörmət edilən dövlətlərdən birinə çevrilib”, - deyə o əlavə edib.