...

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sülh sazişi məsələsi ilə məşğul olmağa davam edəcək

Siyasət Materials 12 May 2023 04:16 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sülh sazişi məsələsi ilə məşğul olmağa davam edəcək

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında çox vacib sülh sazişi məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində bu iki ölkənin rəsmilərini qəbul etməkdən məmnuq idik”, -deyə o bildirib.

Vedant Patel inandığını bildirib ki, bu danışıqlar səmərəli olub və Brüsseldə keçiriləcək danışıqların davamı üçün zəmindir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti