...

Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir - Gürcüstan Parlamentin sədri

Siyasət Materials 16 May 2023 11:54 (UTC +04:00)
Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir - Gürcüstan Parlamentin sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynamış milli liderdir.

Trend-in məlumatına görə, bunu Gürcüstan Parlamentin sədri Şalva Papuaşvili Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqının milli ruhunu gücləndirdi, milli dövlətçiliyin təməlini qoydu.

“O səmərəli siyasəti ilə ölkəni güclü firavan dövlətə çevirdi. Ən vacibi isə o, xalqın ürəyini qazandı. Heydər Əliyev Cənbi Qafqazda sülhün dəstəkçisi idi. Heydər Əliyev Azərbaycanla Gürcüstan arasında güclü dostluq əlaqələrinin qurulmasını təmin etmişdi. Onun müstəsna rəhbərliyi ilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji tranzit marşurutları üzrə uğurlar qazanıldı. Heydər Əliyevin müdrikliyi ilə Azərbaycan üçün böyük miras qoyub”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti