Bakı. Trend:
Ermənistan Qarabağdakı erməni əhalinin güvənliyinin təmin edilməsi şərti ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır.
Trend xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mediaya bugünkü açıqlamasında deyib.
Paşinyan əlavə edib ki, 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisi daxildir.