...

Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb - Heydi Kühn

Siyasət Materials 26 May 2023 11:03 (UTC +04:00)
Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb - Heydi Kühn
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb.

Trend-in məlumatına görə, bunu "Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heydi Kühn bu gün Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciətində deyib.

O, deyib ki, Azərbaycana səfəri çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşidib, onları dinləyib:

"Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb.

Biz minaları təmizlənmək və yenilərinin basdırılmasının qarşısını almaq üçün birləşməli, işləməliyik. Biz insanlıq üçün birləşməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti