...

Biz seçkilərdə xalqımıza verilən vədləri yerinə yetirəcəyik - Ərdoğan

Siyasət Materials 3 İyun 2023 19:26 (UTC +04:00)
Biz seçkilərdə xalqımıza verilən vədləri yerinə yetirəcəyik - Ərdoğan

Ankara. Trend:

Biz seçkilərdə xalqımıza verilən vədləri yerinə yetirəcəyik.

Trend-in məlumatına görə, bunu Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentin səlahiyyətlərinin icrasına başlanması mərasimində deyib.

"Cümhuriyyətin 100-cü ildönümündə böyük həmrəylik lazımdır. Bu gün min illik qardaşlığımızı gücləndirən günüdür. Dəvətimə qoşulan bütün vətəndaşlarımıza təşəkkür edirəm", - o əlavə edib.

Türkiyə prezidenti qeyd edib ki, mayın 14-də keçirilən prezident seçkilərinin birinci turu və mayın 28-də keçirilən ikinci turun da öz əhəmiyyəti var.

"Gələcək 5 il üçün planlarımızı həyata keçirəcəyik və seçkilərdə xalqımıza verdiyimiz vədləri yerinə yetirəcəyik. Bütün vədlərimizi bir-bir yerinə yetirəcəyik", - o əlavə edib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, yeni dövrdə Türkiyə daha fəal olacaq və terror təşkilatlarına qarşı qətiyyətlə mübarizə aparacaq.

“Biz nəyin bahasına olursa-olsun Türkiyənin və xalqımızın maraqlarını qoruyacağımıza söz veririk”, - deyə Ərdoğan bildirib.

Xəbər lenti

Xəbər lenti