...

Bəhreyn Krallığının Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 6 İyun 2023 17:44 (UTC +04:00)
Bəhreyn Krallığının Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə cansağlığı və səadət, Azərbaycan Respublikasının dost xalqına davamlı tərəqqi və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti