...

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Siyasət Materials 8 İyun 2023 11:45 (UTC +04:00)
Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı. Trend:

Berlində Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında illik siyasi məsləhətləşmələr keçirilib.

Trend xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Departamentinin direktoru Matthias Lüttenberq "Tvitter"də bildirib.

"Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlıq, səmimiyyət və qarşılıqlı hörmət əsasında hərtərəfli dialoqun aparılmasına görə təşəkkür edirəm. Almaniya stabil Cənubi Qafqaz üçün fəaliyyətini davam etdirəcək!", - alman diplomat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti