...

Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

Dünya xəbərləri Materials 9 İyun 2023 03:17 (UTC +04:00)
Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

Bakı. Trend:

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Hafize Gaye Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti