Bakı. Trend:
Fransa Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst hərəkətinə qəsdən göz yumur.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə "Twitter" hesabında bildirib.
O qeyd edib ki, blokada iddiası Fransanın qərəzsiz olmasına dair iddialarına ziddir.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.