...

İsveç öhdəlikləri yerinə yetirməsə, NATO-ya daxil ola bilməyəcək - TBMM sədri

Siyasət Materials 22 İyun 2023 07:20 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə parlamenti İsveçin ötən ilin iyununda NATO sammiti çərçivəsində imzalanmış Madrid Memorandumunda nəzərdə tutulan terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir.

Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

“Türkiyə İsveçdən memorandumun öhdəliklərini yerinə yetirməsini gözləyir. Biz İsveçdə antiterror qanununun qəbulunu müsbət qarşılayırıq, lakin onun həyata keçirilməsi üçün konkret addımlar lazımdır. Bu, Türkiyənin ədalətli tələbidir. Əks halda, ərizəni təsdiq etməyəcəyik”, - deyə Numan Kurtulmuş bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti