Bakı. Trend:
Ermənistan Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür və Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə müttəfiqlik münasibətləri var. Ancaq bütün bunlara baxmayaraq, son 5 ildə, Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın xarici siyasətində çox ciddi fərqlər müşahidə edilməkdədir.
Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.
O bildirib ki, Ermənistan Rusiya ilə tərəfdaşlıq münasibətləri olmasına baxmayaraq, Qərblə də əlaqələrini dərinləşdirmə siyasəti həyata keçirir.
“Misal üçün, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının müşahidəçilərini dəvət etdi və onların içərisində xeyli sayda hərbçilər də var" - deyə o qeyd edib.
Ekspertin mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: