...

Prezident İlham Əliyev: Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması çox güclü siyasi iradəmizin göstəricisidir

Siyasət Materials 23 İyun 2023 14:24 (UTC +04:00)
Prezident İlham Əliyev: Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması çox güclü siyasi iradəmizin göstəricisidir

Bakı. Trend:

İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir.

Trend-in məlumatına görə, bu sözləri iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib.

“Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”, - deyə dövlətimizin başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti