...

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə işləməyə davam edir - Peskov

Siyasət Materials 7 Sentyabr 2023 14:37 (UTC +04:00)
Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə işləməyə davam edir - Peskov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərinin tənzimlənməsi üçün hər iki ölkə ilə işləməyə davam edir.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskva özünün təhlükəsizlik təminatı funksiyasını yerinə yetirməyə davam edir.

"Rusiya həm İrəvanla, həm də Bakı ilə çox diqqətli, əsaslı, ardıcıl, konstruktiv fəaliyyəti davam etdirir", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki, Rusiya sülh danışıqları üzrə Azərbaycan-Ermənistan təmaslarının yaxın aylarda baş tutacağına ümid edir.

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri, ekspert birlikləri, dini liderləri arasında Rusiyanın yardımı ilə dialoqun davam etdirilməsi, eləcə də iki ölkənin xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası təmasların başladılması üçün müsbət abu-hava formalaşdırmaq lazımdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi asan getmir, lakin sülhə alternativ yoxdur. Ümid edirik ki, qeyd olunan təmaslar yaxın aylarda baş tutacaq", - o brifinqdə deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti