...

Qarabağın erməni əhalisinin əksəriyyəti Ağdam-Xankəndi yolundan imtina fikrini dəstəkləmir - Elçin Əmirbəyov

Siyasət Materials 7 Sentyabr 2023 17:27 (UTC +04:00)
Qarabağın erməni əhalisinin əksəriyyəti Ağdam-Xankəndi yolundan imtina fikrini dəstəkləmir - Elçin Əmirbəyov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağın erməni əhalisinin əksəriyyəti Ağdam-Xankəndi yolundan imtina fikrini dəstəkləmir.

Trend cümə axşamı xəbər verir ki, bunu "Deutsche Welle"ə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bilirik ki, humanitar yüklərin daşınması üçün istifadə olunacaq ikinci yol olan Ağdam-Xankəndi yolundan imtina fikri ilə əhalinin hamısı razı deyil. Lakin bu insanlar qorxur, onların heç bir özünüifadə hüququ yoxdur, bunu edənlər isə təqib olunur. Lakin biz yenə də həll yolu tapmaq istəyirik", - o deyib.

E.Əmirbəyov qeyd edib ki, Azərbaycan həll axtarışında Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) kimi əsas maraqlı tərəflərlə təmaslarda maksimal çeviklik nümayiş etdirib.

"Düşünürəm ki, bu vəziyyət nə qədər çox davam edərsə real sülh prosesinin bərpası perspektivlərindən bir o qədər uzaqlaşırıq. Sülh sazişi layihəsi, kommunikasiya əlaqələrinin bərpası və sərhədlərin delimitasiyası üzrə müzakirələrə yenidən real sülh prosesində başlamalı olacağıq", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti