...

TürkPA Katibliyi Qarabağda qondarma rejimin keçirdiyi "prezident seçkisini" pisləyib

Siyasət Materials 10 Sentyabr 2023 00:00 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) Katibliyi 9 sentyabr 2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma "prezident seçkisini" qətiyyətlə pisləyir.

Bu barədə Trend-ə TürkPA-dan bildirilib.

"Bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir.

TürkPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti