...

Peskov Ermənistanı yeni reallıqlarla barışmağa çağırıb

Siyasət Materials 14 Sentyabr 2023 15:50 (UTC +04:00)
Peskov Ermənistanı yeni reallıqlarla barışmağa çağırıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskva Bakı və İrəvanla Qarabağla bağlı təmasları davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Şübhəsiz, biz gərginliyin azalmamasından və hətta bəzi hissələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısıdır. Biz həm İrəvanla, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, hər iki tərəfi təmkinli olmağa və iki il bundan əvvəl imzalanmış üçtərəfli razılaşmalar ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri formalaşan yeni reallıqları nəzərə almaqla...", - Kreml nümayəndəsi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti